MEDİA 39 xəbər saytına maliyyə yardımı edəcək

1 İyul 2022 15:05 (UTC+04:00)

Azərbaycan Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Saytlardan 33-ü ictimai-siyasi, 6-sı isə idman məzmunludur.

Həmin saytların hər birinə ayda 3 min manat maliyyə yardımı ayrılacaq.