7 yaşlı qızın qan donduran cinayəti

3 İyul 2013 07:21 (UTC+04:00)
Buryatiyada 7 yaşlı uşaq öz 5 yaşlı rəfiqəsinin öldürüb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İyulun 2-də öldürülən qızın cəsədini anası çayda tapıb. Uşağın bədənində qançırlar olduğundan polisin araşdırması zamanı qızın 7 yaşlı rəfiqəsi tərəfindən öldürüldüyü ortaya çıxıb.

İfadəsində azyaşlı qatil bildirib ki, o, rəfiqəsi ilə dalaşıb və onu döyərək başını suya soxub. 5 yaşlı uşağın başını suda boğulana qədər saxlayan 7 yaşlı qatil azyaşlı olmasına baxmayaraq barəsində cinayət işi açılıb.
Qeyd edək ki, ötən həftə də Buryatiyada azyaşlılar tərəfindən daha bir dəhşətli qətl hadisəsi törədilmişdi. Şagirdlər 10 yaşlı uşağı 1000 rubl pulunu oğurlamaq üçün öldürərək cəsədini yandırmışdılar.

Elnarə
AzNews.az