ABŞ səfiri: “Azərbaycanla əlaqlərimiz müsbət istiqamətdə inkişaf edir”

1 İyul 2022 20:37 (UTC+04:00)

“Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunam və əlaqlərimiz müsbət istiqamətdə inkişaf edir”.

Aznews.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, son 30 ildə əlaqlərimizdə böyük irəliləyiş olub: "Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik."