İzmirdə meşə yanğınları başlayıb

3 İyul 2022 17:46 (UTC+04:00)

Türkiyənin İzmir əyalətinin Ödemiş və Seferihisar rayonlarında meşədə yanğın olub.

Aznews.az xəbər verir ki, Seferihisarda yanğın əsasən nəzarət altına alınıb, havadan və qurudan müdaxilə davam edir.

Ödəmiş rayonunda yanğının söndürülməsi üçün isə hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus 4 helikopter, 3 təyyarə göndərilib.