Ceyhun Bayramov İrana səfər edəcək

3 İyul 2022 21:45 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

Aznews.az xəbər verir ki, C. Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.

C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.