Cənubundakı təmas xəttində monitorinq keçiriləcək

3 İyul 2013 07:52 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

"Qafqazinfo" xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

AzNews.az