Şamanlar narkotikdən ruhlarla əlaqə yaratmaqda istifadə edib

3 İyul 2013 07:57 (UTC+04:00)
Çilinin Atakama çölündə tapılan mumyaların saçlarının analizi maraqlı nəticələr ortaya çıxarıb.

Məlum olub ki, eramızdan əvvəl 100 və eramızın 1500-cü illəri arasında həmin ərazidə yaşayan insanlar narkotik maddələrdən asılı olublar.

Çili Universitetinin kimya mütəxəssisi Herman Niemeyerin sözlərinə görə, beləliklə həmin ərazidə insanların eramızdan sonra 400-cü illərdə ancaq tənbəki çəkdiyi barədə əvvəlki qənaətlər özünü doğrultmayıb.

Əvəzində onların narkotikdən asılı olduğu meydana çıxıb.
Nieyemer onu da vurğulayıb ki, xüsusilə də şamanlar tərkibində narkotik olan bitkilərə önəm verib. Tərkibində psixoaktiv maddələr olan bitkilər ruhlar və tanrılarla əlaqə qurmaq üçün istifadə olunurdu.

Elnarə
AzNews.az