ABŞ-da Müstəqillik Günü ilə bağlı paradda atışma olub

4 İyul 2022 21:14 (UTC+04:00)

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma baş verib.

Aznews.az xəbər verir ki, bu barədə "Chicago Sun-Times" məlumat yayıb.

İnsident parad başlayandan az sonra baş verib. Şahidlərin sözlərinə görə, azı səkkiz yaralı var. Paradda olanlardan biri 20-yə yaxın atəş eşidib.

Tədbir ləğv edilib. Polis hadisə yerindədir.