Füzulidə kanalda kişi meyiti aşkarlanıb

4 İyul 2022 21:21 (UTC+04:00)

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə Aznews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.