Türkiyədə 2 terrorçu zərərsizləşdirilib

4 İyul 2022 21:52 (UTC+04:00)

Türkiyənin cənub-şərqində "Eren Abluka" əməliyyatının növbəti mərhələsi çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, "Eren Abluka" antiterror əməliyyatının növbəti - 17-ci mərhələsi Şırnak əyalətinin Beytüşşebap rayonunda keçirilir.

Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.