Bakıda lift qırıldı, bir nəfər xəstəxanaya yerləşdirildi - VİDEO

4 İyul 2022 23:59 (UTC+04:00)

Bakıda yaşayış binasının lifti qırılıb.

Aznews.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsi 6A ünvanındakı binada baş verib. Axşam saat 19:30 radələrində yaşayış binasının lifti hərəkətdə olarkən qırılıb. Hadisə nəticəsində liftdə olan bir nəfər xəsarət alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Hadisədə xəsarət alan 48 yaşlı Zəhra Həsənova topuğun travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.