Sağlam inkişaf və möhtəşəm fəlsəfə rəmzi olan cüdo

5 İyul 2022 20:25 (UTC+04:00)

Uzaq 1882-ci ildə Yaponiyanın paytaxtı Tokioda “Kodokan” məktəbi açaraq, cüdo idman növünü yaradan 22 yaşlı Ciqoro Kano ağlına belə gətirməzdi ki, illər sonra onun bu ixtirası bütün dünyanı fəth edəcək - həm öz möhtəşəm fəlsəfəsi, həm də mükəmməl və heyrətamız texnikası ilə.”Yumşaq yol” kimi tərcümə ediləm “cüdo” həqıqətən də milyonların ürəyini çox yumşaq şəkildə ovsunlaya bildi. Dünyanın hər bir qitəsində cüdo ilə məşğul olan insanlar var desək, yanılmarıq. Və bu idman növünün Azərbaycanda da iri addımlarla irrələməsini görməmək riyakarlıq olardı. Azərbaycan cüdo federasiyasının rəsmi məlumatına görə ölkəmizdə bu idman növü ilə 10.500-dən artıq insan məğğul olur. Və sevindirici haldır ki, onların əksərriyyəti uşaq və yeniyetmələrdir. Yəni, daim yeni nəsl cüdoçular yetişir və cüdo tariximizə yeni uğurlar qazandırır. Pozitivə köklənməyimizin əsas səbəblərindən biri də odur ki, yeniyetmələr cüdo ilə təkcə Bakı və Sumqayitda deyil, ölkəmizin müxtəlif bölgələrində də aktiv məşğul olurlar. Hazırda Şimal-Şərq bölgəsində - 650, Şimal-Qərb bölgəsində - 450, Şimal bölgəsində - 478, Qərb bölgəsində - 970,Cənub bölgəsində - 770, Aran Qarabağda – 960, Naxçıvanda - 530 yeniyetmə cüdo seksiyalarında məşğul olur. Buna Bakı (3400) və Sumqayıtı (2500) əlavə etsək, cüdonun uşaqlar arasında necə maraq doğurduğunu görərik.
Bəs nədən irəli gəlir bu maraq? Niyə uşaqlar məhz cüdo ilə məşğul olmaldlr?

İlk növbədə sağlamlıq! Cüdo uşaqların sağlam inkişafı üçün ən vacib idman növlərindən biridir. Cüdo ilə artıq 5-6 yaşdan məşğul olmaq olar, bu idman növüü ən az zədə təhlükəsi olan idman növləri arasındadır. Təssəvvür edin ki, rəqibin biri fənd işlədilməsini öyrənərkən, digəri ondan qorunmaq üşün necə düzgün yıxılmağı öyrənir! Bundan əlavə cüdoda bütün qrup əzələlər möhkəmlənir - onlar daha güclü, möhkəm və çevik olurlar.

Ağıl və düşüncə inkişaf edir. Axı döyüş zamanı rəqiblər bir-birinin növbəti gedişini təxmin etməli və öz döyüş taktikalarını inkişaf etdirməlidirlər;

Özünü müdafiə. Cüdo təcavüzün təzahürünü öyrətmir, lakin özünümüdafiədə gözəl təcrübə verir. Cüdo seksiyalarında məşğul olan uşaqlar ilk növbədə münaqişələri sülh yolu ilə həll etməyi, eləcə də düşmənin gücünü ona qarşı yönəltməyi öyrənirlər;

Özünə inam. Mənəvi biliklər və özünümüdafiə bacarıqları əldə etməklə uşaq özünə inamlı olur. O, artıq münaqişədən qorxmur və həmişə özünü müdafiə edə bilir;
İntizam. Cüdoda senseyin( yəni məşqçinin) əsas tələbi qüsursuz nizam-intizamdır. Burada ərköyünlük etmək və qadağan olunmuş hiylələrdən istifadə etmək olmaz. İstənilən pozuntu dərhal dayandırılır və cəzalandırılır;

Psixoloji sabitlik. Məşq zamanı uşaqlara rəqibi təkcə fiziki deyil, həm də psixoloji cəhətdən məğlub etmək öyrədilir. Burada onlara rəqibin təxribatlarına tab gətirməyərək, emosiyalarını tam idarə etməyi öyrədirlər.

Və nəhayət cüdonun uşağa verdiyi ən vacib varlıq dərin həyat fəlsəfəsidir ki, ona görə qalib gəlmək üçün rəqibinə əvvəl boyun əymək, sonra isə onun gücünü rəqibin özünə qarşı yönəltmək lazımdır.
Fəlsəfədən söz düşmüşkən, cüdonun “şərəf kodeksi” də var. Axı cüdo təkcə döyüş sənəti deyil, həm də güclü fəlsəfi anlayışdır. Onun yaradıcısı, ustad Ciqoro Kano, "yaradıcı enerji" və ağıl və bədənin gücündən ən səmərəli istifadə nəzəriyyəsini inkişaf etdirdi.

Kano cüdonu tələbənin bütün həyatını həsr etdiyi yol kimi qəbul edirdi. Onun təhsil sistemi təkcə bir insanın özünü təkmilləşdirməsi üçün deyil, bütövlükdə cəmiyyətin təkmilləşməsi üçün ağılın, bədənin və ruhun təlimidir.

Kano və digər cüdo ideoloqları belə hesab edirlər:
1. Cüdoda ilk addınlarını atan şəxs mütləq öz inkişaf məqsədinə malik olmalı və ona bütün gücünü sərf etməklə nail olmalıdır;
2. Bədənin heç bir hissəsi həddindən artıq yük almamalıdır;
3.Yalnız bədən tərbiyəsi ilə məşğul ola bilməzsən, intellektual sahədə də inkişaf etməlisən.

O ki qaldı “Şərəf kodeksinə” ona aşağıdakı keyfiyyətlər daxildir: nəzakət,cəsarət,səmimiyyət,dürüstlük,təvazökarlıq,özünə nəzarət,dostluqda sadiqlik və başqalarına hörmət. Kim bu gözəl keyfiyyətlərin öz övladında inkişaf etməsinin əlehinə ola bilər?!
Bundan əlavə, əgər uşağınız cüdo ilə məşğul olarsa, onda onun özünə hörmətinin və özünə nəzarətinin necə yüksələcəyini görəcəksiniz. Siz helə də fikirləşirsiniz və tərəddüd edirsiniz? Bəlkə dərhal evinizin yanında və ya övladlarınızın təhsil aldığı məktəbdə hər hansı bir cüdo seksiyasının olub-olmadığı ilə maraqlanasınız?
VÜQAR VÜQARLI