Türkiyədə mikroavtobus aşıb

6 İyul 2022 11:14 (UTC+04:00)

Türkiyənin Konya bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Məlumatı “Hurriyet” yayıb.

Qəza iyulun 6-da səhər saatlarında Konyanın İlgın rayonunun Böyükoba məhəlləsi yaxınlığında baş verib.

Yaralılar hospitala yerləşdirilib. (report)