Füzulinin icra başçısı vətəndaşlarla görüşdü - FOTOLAR

6 İyul 2022 13:33 (UTC+04:00)

Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib.

Alı Alıyev bildirib ki, 1000-dən artıq əhalinin yaşadığı Arayatılı kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1018 nəfərə hər ay 50.400 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Arayatılı kəndində 5 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 185 nəfər yaşa və əlilliyə görə pensiya və müavinətlər alırlar. Kənd sakinlərindən 205 nəfərə yaxını müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 305 nəfər fərdi əməklə məşğul olur.

Arayatılı kəndində məktəb, kitabxana, bağça, tibb məntəqəsi, icra nümayəndəliyi, mədəniyyət evi, bələdiyyə və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.