Ermənistanda bankda partlayış olub - YENİLƏNİB

6 İyul 2022 14:42 (UTC+04:00)

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.

Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.

09:59

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankında partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir. (report)