Əməkdar jurnalist reanimasiyaya yerləşdirilib

7 İyul 2022 13:41 (UTC+04:00)

Əməkdar jurnalist Mais Məmmədov xəstəxanaya yerləşdirilib.

Bu barədə onun həmkarı Vahid Mustafayev məlumat verib.

Onun sözlərinə görə, M.Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, iyulun 12-də Mayis Məmmədovun 84 yaşı tamam olur.