Fazil Mustafadan hakimlərə sərt təpki

3 İyul 2013 08:58 (UTC+04:00)



Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa Azərbaycanda məhkəmə sistemi ilə bağlı sərt fikirlər səsləndirib.

AzNews.az-ın məlumatına görə, deputat iyunun 2-də parlamentin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında hakimlərin seçkiləri ilə bağlı məsələyə bildirdiyi münasibəti açıqlayıb. Deputat bildirib ki, bizdə bəraət hökmü demək olar, çox istisna hallarda çıxarılır, istintaq orqanı hansı ittiham irəli sürürsə, məhkəmə sanki natoriat orqanı kimi əksər hallarda bunu təsdiqləyir.

F.Mustafanın sözlərinə görə, Azərbaycanda hakimlərin müstəqilliyi yetərli deyil: "Qəbul olunan məhkəmə qərarlarını üç cür xarakterizə etmək olar: 1-ci Ədalətli qərarlar. Belə qərarın çoxluğuna vətəndaş inanmır. 2-ci Ədalətsiz qərarlar. Kifayət qədər belə qərarların çox çıxarıldığı düşüncəsi cəmiyyətdə yayğın".

Deputat bildirib ki, Azərbaycan məhkəmələrinin çıxardığı 3-cü və son vaxtlar yayğın olan qərarlar isə - Allahsız qərarlardır. F.Mustafa hakimlərə müraciət edərək bildirib ki, heç olmasa, Allahsız qərarlar çıxarmasınlar.

Anar
AzNews.az