Feysbuk və İnstaqram bu yay Avropada qadağan edilə bilər

10 İyul 2022 07:40 (UTC+04:00)

“Report” “The Independent”ə istinadən xəbər verir ki, İrlandiya Milli Məlumatların Mühafizəsi Komissiyası müəyyən edib ki, şirkətin irlandiyalı istifadəçilərin məlumatlarını ABŞ-da yerləşən serverlərə ötürmək hüququ yoxdur.

İrlandiya Rusiyadan nümunə götürərək Avropa ölkələrini “Meta”nı qadağan etməyə dəvət edib.

Nəşr bildirib ki, əgər ölkələr razılaşarsa, o zaman Feysbuk və İnstaqram sosial şəbəkələri bu yay Avropa İttifaqında bloklana bilər.