Ekstrasens Nuridə Küskün “AzərRos”da

3 İyul 2013 09:31 (UTC+04:00)
Ekstrasens Nuridə Qurbanova (Küskün) bu gün rus oxucuların suallarını cavablandıracaq. "Əsrimizin Vanqası" adına iddialı ekstrasens xanın "Комсомольская правда"nın redaksiyasında 2 saat ərzində zənglərə cavab verəcək.
Moskva vaxtı ilə 16.00-dan 18.00-dək ekstrasensə ünvanlanacaq suallar pulsuz olacaq.
Xəbərin ən maraqlı məqamlarından biri isə bu barədə elanın AzerRos-un saytında yer almasıdır.
Xatırladaq ki, N.Küskün Azərbaycan ictimaiyyətinə daha çox Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəslə bağlı yaranan qalmaqaldan tanışdır. İ.Tatlısəs NKüskünün onu sağaldacağı vədi ilə Bakıya gəlsə də, seansları yarımçıq qoyaraq, Bakını tərk etmişdi.

Elnarə
AzNews.az