Günün ən acı xəbəri: Xəzərin elə yerində batdı ki...

10 İyul 2022 16:52 (UTC+04:00)

Bakıda 15 yaşlı yeniyetmə dənizdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.