İstanbulda leysan: "Kamaz"lar su altında qaldı

10 İyul 2022 20:00 (UTC+04:00)

İstanbulda yağan leysan tikinti sahəsinə gölə çevirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə Bağçılar adlanan səmtdə 11 "Kamaz" və inşaat sektorunda istifadə edilən 4 ədəd makina su altında qalıb.

Məlumata görə, maşın və makinalar Qurban bayramı tətili ilə bağlı həmin ərazidə saxlanılıbmış.

AzNews.az