Lekler "Formula 1" üzrə Avstriya Qran-Prisinin qalibi olub

10 İyul 2022 22:30 (UTC+04:00)

"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler "Formula-1" üzrə Avstriya Qran-Prisinin qalibi olub.

Aznews.az xəbər verir ki , Qran Prini ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.

Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi 22-24 iyulda Fransada keçiriləcək.