MTN 11 qanunsuz stomatoloji kabinet aşkar etdi

3 İyul 2013 09:45 (UTC+04:00)
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) və Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş birgə tədbirlər planı çərçivəsində, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərin aşkarlanması üçün reydlərə başlayıblar.

Səhiyyə NAzirliyindən APA-ya verilən xəbərə görə, yoxlamaların ilk günlərində 11 belə obyekt qeydə alınıb. Bu qanunsuz obyektlərin 1-i Nəsimi, 2-si Nərimanov, qalan 8-i isə Nizami rayonunda aşkarlanıb. Həmin müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olunub. Qeyd edək ki, DVAEM bu istiqamətdə reydləri davam etdirir. Növbəti reydlər zamanı digər qanunsuz stomatoloji kabinetlər aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

AzNews.az