"Qarabağ" azarkeşlərə müraciət etdi - VİDEO

12 İyul 2022 17:41 (UTC+04:00)

Video-müraciətdə azarkeşlərdən saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlmələri xahiş olunub.

Saat 18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.

Qeyd edək ki, Polşadakı ilk qarşılaşmada "Lex" qalib gəlib - 1:0. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.