Cəlilabadda minik avtomobili ilə at arabası toqquşub

12 İyul 2022 21:13 (UTC+04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə at arabası toqquşub.

Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.

Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.