İlon Mask Gürcüstanda şirkət açıb

13 İyul 2022 18:44 (UTC+04:00)

Aznews.az xəbər verir ki, təsisçisi “Starlink Holdings Netherlands” şirkəti olan “Starlink Georgia”nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.

Tənzimləyici iyunun 29-da təsis olunmuş şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirməyi planlaşdırır.

“Starlink” Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etmək niyyətindədir./Report