Ordumuzun çavuşu su anbarında boğuldu

13 İyul 2022 20:44 (UTC+04:00)

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Aznews.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.