Qiyamətin yeni tarixi açıqlandı

3 İyul 2013 11:09 (UTC+04:00)
ABŞ-da keçirilən astronomiya konfransında müzakirəyə çıxarılan bir hesabatda qiyamətdən sonra yaşayacaq orqanizmlərlə bağlı maraqlı məlumatlar yer alıb.

Həmin hesabata görə, qiyamətdən sonra ancaq yer altında yaşayan kiçik orqanizmlər mövcud olacaq.

Gələcəyin dünyasında Günəş daha çox parlaq və isti olacaq. Bu isə okeanlarda buxarlanmanı artıracaq və həyat şəraitini tamamilə dəyişdirəcək.

Milyonlarca il sonra Yerin nəyə bənzəyəcəyini təxmin edən alimlərin fikrincə, bu şəraitə ancaq yer altındakı kiçik orqanizmlər uyğunlaşacaq.
Araşdırmaçı Jak Malli Ceymsin sözlərinə görə, gələcəyin dünyasında oksigen getdikcə azalacaq. Artan su buxarı nəticəsində Yerdə temperatur 100 dərəcəyə qədər yüksələcək. Bu isə bitki və heyvanların nəslinin sürətlə yox olmasına gətirib çıxaracaq. Belə bir şəraitdə isə yeganə olaraq "ekstremofil" adlanan orqanizm mövcudluğunu qoruyub saxlayacaq".

Elm adamlarını fikrincə 2,8 milyard il sonra dünyada həyat sona çatacaq.

Elnarə
AzNews.az