Zelenski bağışlamadı: Ukrayna o ölkə ilə əlaqələrini rəsmən kəsdi

13 İyul 2022 22:33 (UTC+04:00)

Ukrayna XİN Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə diplomatik əlaqələri kəsib.

Aznews.az xəbər verir ki, buna Pxenyanın qondarma “DXR” və “LXR”i tanıması səbəb olub.

Ukrayna XİN bildirib ki, “qeyri-dost hərəkətə cavab olaraq KXDR-lə diplomatik əlaqələr kəsilir. Bu hərəkət Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd cəhdidir”.

Pxenyanda fəaliyyət göstərən beynəlxalq media qurumları isə hökumətin qondarma “DXR” və “LXR”i tanıması barədə məlumat yaymadığını bildirib.

AzNews.az