Trampın birinci arvadı vəfat etdi: "O, şövqlə yaşayırdı"

15 İyul 2022 05:21 (UTC+04:00)

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş birinci ledi ürək tutmasından dünyasını dəyişib.

Həkimlər yardıma gəlsələr də, qadını xilas edə bilməyiblər:

“İvana Tramp Nyu-Yorkdakı evində vəfat edib. O, şövqlə yaşayan gözəl, inanılmaz qadın idi”, - Tramp ailəsi açıqlama verib.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar.