Darçiaşvili Ceyhun Bayramovla Mirzoyanın əlverişli nəticə əldə edəcəyinə əmindir

16 İyul 2022 13:49 (UTC+04:00)

“Əminəm ki, bu proses konkret əlverişli nəticələr əldə edəcək”.

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Tbilisidə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı jurnalistlərə suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, ehtiyac olduğu təqdirdə, Gürcüstan hakimiyyəti əvvəlcədən olduğu kimi, bu prosesin davam etməsinə mütləq şəkildə öz töhfəsini verəcək.