Latviya şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb edilə bilər

16 İyul 2022 16:40 (UTC+04:00)

Latviya ilə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Aznews.az xəbər verir ki , bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə bildirib.

Məlumata görə, tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyətini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.