Qulağımızın tam dibindən Ukraynaya raket zərbəsi endirildi

17 İyul 2022 09:38 (UTC+04:00)

Rusiya ordusu dünən Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Dünən Saat 16:30 radələrində Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən dörd raket məhv edilib.

Digər ikisi Çerkassı vilayətindəki boş əraziyə düşüb.

AzNews.az