Azərbaycanlı rəssamın Budapeştdə sərgisi keçiriləcək

3 İyul 2013 12:15 (UTC+04:00)
Gənc rəssam Çingiz Mehbaliyevin Macarıstanın paytaxtı Budapeşt şəhərində "Həyatınızı rəngləyərək" adlı fərdi rəsm sərgisi keçiriləcək.

Budapeştin ən möhtəşəm saraylarından olan YBL Sarayında təşkil olunan sərginin açılış mərasimi 9 iyul 2013-cü il, saat 18:30-da baş tutacaq.

AzNews.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Macarıstandakı səfiri cənab Vilayət Quliyev və Macarıstan Milli Assambleyasının (Parlamentinin) və Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü cənab Tamaş Hegedüş sərgidə açılış nitqi söyləyəcəklər. 5 gün davam edəcək sərgidə rəssamın 30-a qədər rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, Çingiz Mehbaliyev Azərbaycan Karikaturistlər Birliyinin və SESAN (Serbest Sanatçılar) beynəlxalq rəssamlar ittifaqının üzvüdür.

AzNews.az