“Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim”
3 İyul 2013 12:35 (UTC+04:00)
"Mənim Rusiyanın Azərbaycan və Ermənistanı silahlandırdığı barədə məlumatım yoxdur"
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Gürcüstan silahlanmır: "Mənim Rusiyanın bizim dostlarımız olan Azərbaycana və Ermənistana silah satması barədə informasiyam yoxdur. Mən Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim. Çox pisdir ki, onların arasında belə münasibətlər var".
AzNews.az