Vilayət Eyvazov rəisi təqaüdə göndərdi

18 İyul 2022 18:03 (UTC+04:00)

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir.(Qafqazinfo)