Erməni deputatdan Sahibə Qafarovaya məktub: "Bakıya gəlmək istəyirəm"

18 İyul 2022 21:39 (UTC+04:00)

Ermənistanın müxalif deputatı, Serj Sərkisyana bağlı “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Bakıda saxlanılan erməni terrorçulara baş çəkmək üçün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya rəsmi məktub göndərmək niyyətindədir.

AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, Hayk Mamicanyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, Bakıdan izn almaq üçün bir sıra Avropa təşkilatlarının rəhbərlərinə də məktub göndərmək niyyətindədir.

Mamicanyan əsir götürülən terroristlərə baş çəkmək, onların səhhəti və saxlanma şəraiti ilə tanış olmaq istəyir.

AzNews.az