Ali nümayəndə: “Azərbaycan Aİ-nin mühüm tərəfdaşıdır”

19 İyul 2022 18:44 (UTC+04:00)

“Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız intensivləşir”.

Aznews.az xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O bildirib ki, Aİ Cənubi Qafqazın dinc və firavan region olmasını dəstəkləyir: “Bu məqsədlə tərəfdaşlarla dialoqun qurulması vacibdir. Aİ ilə Azərbaycan tərəfdaşlardır”.