Tehranda Suriya məsələsi üzrə zirvə toplantısı başlayıb

19 İyul 2022 21:33 (UTC+04:00)

Astana prosesinin qarant ölkələrinin yeddinci iclası Tehranda öz işinə başlayıb.

Aznews.az xəbər verir ki, Astana prosesinin qarant ölkələrinin yeddinci iclası İran prezidenti Seyid İbrahim Rəisinin ev sahibliyi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilir.

***

20.12

Tehranda Astana prosesi çərçivəsində Suriya məsələsi üzrə zirvə toplantısı başlayır.

Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putin iştirak edirlər.