Dünya çempionatı: Sablya üzrə Azərbaycan millisi 6-cı yeri tutub

23 İyul 2022 16:20 (UTC+04:00)

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Aznews.az-ın məlumatına görə, son yarış günündə Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə uğrunda Fransa ilə qarşılaşıb.

Rəqibinə 25:45 hesabı ilə məğlub olan Azərbaycan yığması 5-8-ci yerlər uğrunda ABŞ seçməsi ilə üz-üzə gəlib. Kollektiv rəqibini 45:37 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmada Almaniya ilə bacarmayıb (41:45) və ümumi sıralamada 6-cı olub.

Qeyd edək ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.