İranda sərhəddə silah-sursat qaçaqmalçıları zərərsizləşdirilib

23 İyul 2022 20:27 (UTC+04:00)

İranda sərhəddə böyük silah-sursat qaçaqmalçılığı edən dəstə zərərsizləşdirilib.

Aznews.az xəbər verir ki, İranın İlam əyalətinin sərhəd mühafizəsi komandanlığı Dehluran şəhəri sərhədlərində böyük silah-sursat qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirdiyini açıqlayıb.

Sərhədçilər ağıllı avadanlıqlardan istifadə etməklə, şəhərə daxil olmadan əvvəl silah-sursat qaçaqmalçılığı ilə məşğul olan dəstəni müşahidə edib və onları zərərləşdiriblər. Qaçaqmalçılardan 32 ədəd “Kalaşnikov” silahı aşkar edilərək götürülüb.

Bir nəfər həbs edilib.