Çində mədənin çökməsi nəticəsində 10 nəfər ölüb

23 İyul 2022 21:39 (UTC+04:00)

Çinin Qansu əyalətində çökən mədəndə xilasetmə işləri başa çatıb.

Aznews.az -ın CCTV-yə istinadla xəbərinə görə, şaxtaçılar mədəndə hərəkət edərkən uçqun baş verib və 17 nəfər yerin altında qalıb.

Xilasedicilər 10 nəfərin cəsədini dağıntılar altından çıxarıb. Qəzadan sağ çıxan 7 nəfərə yerində tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.