İlham Əliyev diplomatik fəaliyyəti başa çatan səfiri qəbul edib

3 İyul 2013 15:31 (UTC+04:00)
Prezident İlham Əliyev iyulun 3-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı səfir Mario Baldiyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

AzNews.az