Bərdədə ögey qızına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb

24 İyul 2022 20:38 (UTC+04:00)

Bərdədə həyat yoldaşının evini yandırıb, ögey qızına bıçaqla xəsarət yetirən Şikar Abdullayev saxlanılıb.

Aznews.az xəbər verir ki , o, hüquq mühafizə orqanlarından yayınmaq üçün, şadlıq saraylarında keçirilən toy mərasimlərinə gedirmiş.

Bu gün Bərdədə "Mətin" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət edilməyən qonaq, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.