Zirehli maşınla gətirilən gəlin – Əsl döyüşçü toyu

3 İyul 2013 16:17 (UTC+04:00)
İnternetdə Qarabağda müharibə zamanı Azərbaycan əsgərinə edilən toyun videogörüntüləri yayımlanıb. 15 avqust 1993-cü il tarixli videolentdə hərbi hissə ərazisinə gətirilən toy karvanı əks olunub. Zirehli Döyüş Maşınına (BTR) oturdulan bəy və gəlini silahlı əsgərlər müşayiət edir. Musiqiçilərin müşayiəti ilə döyüş maşınından düşürülən gəlini komandir salamlayır. Sonra şəxsi heyət rəsmi marşla təzə evlənənlərin qarşısından keçir. Daha sonra hərbi dəstənin komandiri gəlinin barmağına üzük taxır və bəyi təbrik edir.

Bu toydan 8 gün sonra Cəbrayıl və Füzuli rayonları erməni hərbi birləşmələri tərəfindən işğal olunur.