Azərbaycan millisinin futbolçusu "Traktor" klubuna keçib

27 İyul 2022 20:05 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi "Sumqayıt"dan ayrılıb.

Aznews.az xəbər verir ki, 29 yaşlı müdafiəçi İranın "Traktor" komandasına transfer olunub.

"Gənclik şəhəri" təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.