Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır

28 İyul 2022 15:48 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.

Bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır".v