Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

29 İyul 2022 08:37 (UTC+04:00)

Şəmkir rayonunda yerli sakin bıçaq xəsarətləri alıb.

Hadisə Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü F.Mamedov 2 bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.