Almaniya Ukraynaya 16 “Biber” tank körpüquran tədarük edəcək

29 İyul 2022 15:20 (UTC+04:00)

Almaniya Ukraynaya 16 “Biber” tank körpüquran göndərmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynaya 6 tank körpüquran bu il, qalanları isə 2023-cü ildə təhvil veriləcək.

Xatırladaq ki, iyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Almaniyadan “Panzerhaubitzen 2000” özüyeriyən haubitsalar aldığını bəyan edib. İyulun 27-də isə Almaniya Ukraynaya daha 100 haubitsa göndərilməsinə razılıq verib.