Yaşınızdan qat-qat cavan görünmək üçün nə etməli? - QAYDALAR

29 İyul 2022 19:33 (UTC+04:00)

Yaşından cavan görünmək istəyənlər bir neçə sadə qaydaya əməl etməlidir.

Aznews.az xəbər verir ki, həkim terapevt Tomi Mitçell gənc qalmaq istəyənlərə sınanmış tövsiyələr verib.

Mitçell tövsiyə edir ki, istər kişi, istər qadın dərisini mütəmadi nəmləndirməli, epidermisi ölmüş hüceyrələrdən təmizləməlidir.

"Dərinin ölü qatının soyulması dərini canlandırır, yeniləyir.

Yaşlanmaq istəməyənlər günəş şüası, solyari-yəni ultranəbövşəyi şüaların təsirindən uzaq durmalıdır. UVÇ dərini sürətlə qocaldır.

Eləcə də uzun müddət bu şüalar dəri xərçənginə səbəb olur, bədəndə digər ciddi problemlər yaradır.

Yaz- yay aylarında mütləq qaralma əleyhinə günəş kremləri çəkilməlidir.

Eləcə də insan gün ərzində 8 saat gecə yuxusu almalıdır.

İşdən sonra istirahət, yatmaq kollagen sintezi üçün vacibdir. Kollagen isə dərini gənc, möhkəm saxlayır.

Antioksidant təsirli, yəni yaşıl və qırmızı meyvə-tərəvəzi bol edin.

Onlar sərbəst radikalları təmizləyir, dərini qoruyur.

Əgər istəyirsiz ki, dəriniz yaxşı, gənc görünsün, hər gün bunlardan birini yeyin: avokado, qaragilə, sarıkök, ispanaq, balıq yağı.

Gəncliyin düşməni yuxusuzluq, siqaret çəkmək və içkidir.

Onlar dəriyə qan dövranını pozur, kollagen və vitaminləri dağıdır, qırışları tezləşdirir./Bakupost